Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Köşə Yazarları / Sabah mənzil alacaq jurnalistlərin adları açıqlanacaq- VÜQAR SƏFƏRLİ

Sabah mənzil alacaq jurnalistlərin adları açıqlanacaq- VÜQAR SƏFƏRLİ

Jurnalistlərə yeni tikilmiş binada mənzillər iyulun 20-də təqdim ediləcək.
Azinforum.az-ın  məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Nəsimi rayon İcra Hakimiyyətində 22 iyul – Milli Mətbuat Günü münasibətilə keçirilən tədbirdə deyib.
V.Səfərli qeyd edib ki, iyulun 19-da jurnalistlərə dəvətnamə göndəriləcək:
“Müvafiq komissiyaya 2 minə yaxın müraciət daxil olub, bu müraciətlərin hamısı ciddi şəkildə araşdırılıb. Yekunda 250-dən çox jurnalistə mənzil verilməsi qərara alınıb. Bu, cənab Prezident İlham Əliyevin jurnalistlərə hədiyyəsidir”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın