Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Bakıda Olimpiya çempionu maşınla ata, ana və uşağını vurdu

Bakıda Olimpiya çempionu maşınla ata, ana və uşağını vurdu

Bakıda avtomobil ata, ana və 3 yaşlı uşağı vurub. Azinforum.az lent.az-s istinadən xəbər verir ki, hadisə Yasamal rayonu Füzuli küçəsində baş verib.

Naməlum avtomobil 1986-ci il təvəllüdlü Məmmədov Nicat Novruz oğlunu, onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Məmmədova Ülkər Dilqəm qızını və 3 yaşlı oğlu Hüseyni vurub. Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Sportnet.az xəbər verir ki, hadisəni törədən şəxs 90 RR 445 dövlət qeydiyyat nişanlı “Honda CR-V” markalı avtomobili idarə edən 1948-ci il təvəllüdlü Lyudmila Yeqor qızı Şubina olub. O, 1976-cı ildə SSRİ yığmasının heyətində Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarının həndbol üzrə çempionu olub.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın