Ana səhifə / Cəmiyyət / Jurnalist ona verilən evi satır: 150 minə-FOTOLAR

Jurnalist ona verilən evi satır: 150 minə-FOTOLAR

Jurnalist ona dövlət tərəfindən hədiyyə edilən evi satışa çıxarıb.
Moderator.az bildirir ki, daşınmaz əmlakların alqı-satqısı ilə məşğul olan  “dashinmazemlak.az” saytında bu barədə elan yerləşdirilib. Elanda 3 otaqlı mənzilin 150 min manata satıldığı qeyd olunub.
“Bakı şəhəri, Səbail rayonu, metro Sahil, Bayıl qəsəbəsi, Su İdman Kompleksi (Bibiheybət məsçidi) yaxınlığında 2-yol qırağında jurnalistlər binasının 18-ci mərtəbənin 9-da yerləşən yeni tikili binanın sahəsi 85.2 kvm olan 3-otaqlı mənzili satılır. Evdə yaşamağ üçün hər bir şərait var : istilik sistemi kombi, işıq, su, qaz daimidir KUPÇASI VAR. EV BOŞ VERİLİR!!!. 150000 start qiymətdir”- deyə elanda yazılıb.
Qeyd edək ki, elanı jurnalist Murad Əliyev öz feysbuk səhifəsində paylaşıb. Həmkarlarını təbrik edən jurnalist bunları qeyd edib: “Jurnalistlər binasında mənzil sahibi olan həmkarlarımızı təbrik edirəm! Xoş günlər nəsibiniz olsun! İnşallah ki, yeni binaya qonaq gələn zaman pakistanlı kirayənişinlər və yaxud saytları gəzərkən belə elanlar rastımıza çıxmayacaq”.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın