Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / DİN: “Borclu şəxslərin axtarışı üçün yeni informasiya resursu yaradılıb”

DİN: “Borclu şəxslərin axtarışı üçün yeni informasiya resursu yaradılıb”

Son vaxtlar vətəndaşlardan mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxs kimi axtarışda, habelə sərhədkeçməyə məhdudiyyət siyahılarında adlarının olub-olmaması barədə məlumatlar əldə etmək üçün Daxili İşlər Nazirliyinə (DİN) müraciətlər daxil olur.

DİN-in mətbuat xidmətindən bildiriblər ki, nazirlik bununla əlaqədar vətəndaşlara müraciət ünvanlayıb.

Müraciətdə deyilir: “Bir müddət əvvəl mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxslərin axtarışının mərkəzləşdirilmiş uçotları ilə bağlı fəaliyyətin yaxşılaşdırılması və vətəndaş məmnunluğunun təmini məqsədilə DİN-in rəsmi veb-saytında (www.mia.gov.az) yeni informasiya resursu yaradılıb. Cari ilin iyunundan etibarən istifadəyə verilmiş interaktiv pəncərə vasitəsilə vətəndaşlar mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxs kimi axtarışda, habelə sərhədkeçməyə məhdudiyyət siyahılarında adlarının olub-olmaması barədə məlumatları əldə edə bilərlər. Bunun üçün DİN-in mia.gov.az (http://mia.gov.az/?//content/liability) saytına daxil olmaqla, qeyd edilən elektron xidməti (Ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış borclular barədə məlumatlar) seçərək pəncərələrdəki müvafiq şəxsi məlumatları doldurub təsdiq etməklə lazımi informasiyanı ala bilərlər.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın