Cümə , Aprel 26 2024
Ana səhifə / Tərtər susuzluqdan yanır – Sakinlər həyəcan təbili çaldı

Tərtər susuzluqdan yanır – Sakinlər həyəcan təbili çaldı

Azərbaycanın cəbhə xəttində yerləşən rayonlarından biri olan Tərtərdə su qıtlığı yaranıb.

Rayon sakinlərinin Femida.az -a verdiyi məlumata görə, əhali ciddi içməli su problemi yaşayır.Onların sözlərinə görə, verilən suyun tərkibində həddən artıq bakteriyalar var. Bundan başqa həmin sudan tam gəldiyi üçün nə içmək, nə də çay hazırlamaq mümkündür.

Problemlə bağlı saytımıza açıqlama verən rayon sakini Sabirə Mahmudova bildirib ki, sakinlər əvvəllər içməli suyu artezian quyularından götürüblər. Lakin rayon mərkəzinə “Azərsu” tərəfindən su xətləri çəkilərək sayğaclar quraşdırıldıqdan sonra problemlər yaranıb:

” Əvvəllər hər küçənin başında bir artezian var idi, gedib oradan gətirirdik. İndi sayğac quraşdırıblar deyə həmin artezianların fəaliyyətini dayandırıblar. Rayonda cəmi iki yerdə işlək artezian və su quyusu var. Biri Səhləbad kəndində, digəri də İşıq İdarəsinin həyətində. Bütün rayon əhalisi o iki yerə möhtac qalıb. Elə gün olur ki 3-4 saat su növbəsi gözləyirik”.

Sakinlərin bildirdiklərinə görə, su problemi onların kənd təsərrüfatı ilə məşğul olmaqlarına da ciddi əngəl yaradır. Mal-qaranı suvarmağa belə su tapılmır.

Sakinlərin suyun keyfiyyətsizliyi ilə bağlı göndərdiyi videonu təqdim edirik:

Femida.az  məsələ ilə bağlı Azərsu Açıq Səhmdar Cəmiyyətinə sorğu göndərib. Məsələni diqqətlə saxlayacağıq.

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın