Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / Vasif Talıbov Vergilər Nazirliyini və Gömrük Komitəsini daha yaxşı işləməyə çağırdı

Vasif Talıbov Vergilər Nazirliyini və Gömrük Komitəsini daha yaxşı işləməyə çağırdı

Xəbər verdiyimiz kimi, iyulun 25-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyası keçirilib.

Virtualaz.org-un məlumatına görə, sessiyada məruzə ilə çıxış edən Ali Məclisin sədri Vasif Talıbov bildirib ki, 2017-ci ilin birinci yarısında mövcud ehtiyatlardan səmərəli istifadə etməklə sosial layihələrin həyata keçirilməsi, insanların rahat yaşayışı və təhlükəsizliyi, iqtisadi və sosial həyatın bütün sahələrində inkişaf meyillərinin qorunub saxlanılması təmin edilib.

V.Talıbov onu da qeyd edib ki, muxtar respublikanın sosial-iqtisadi inkişafını sürətləndirmək, davamlı və tarazlı inkişafa nail olmaq üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qarşısında mühüm vəzifələr durur. O vurğulayıb ki, ilk növbədə idarəetmənin bütün mərhələlərində nizam-intizam və işə tələbkarlıq artırılmalıdır: “Növbəti altı ayda iqtisadi inkişafın əsas göstəricisi kimi makroiqtisadi sabitliyin möhkəmləndirilməsi diqqət mərkəzində saxlanılmalı, dövlət büdcəsinin proqnoz göstəricilərinin icrası təmin edilməlidir. Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi bütün tədiyə növləri üzrə vergi və rüsumların vaxtında ödənilməsinə nail olmalıdır.

Büdcə gəlirlərinin təmin olunması üçün Maliyyə Nazirliyi nəzarət tədbirlərini gücləndirməli, pul vəsaitlərindən təyinatına uyğun şəkildə istifadəyə nəzarət olunmalıdır”.

 

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın