Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Qaf­qaz Bir­ləş­miş Ştat­la­rı? – Er­mə­nis­tan­da ye­ni ide­ya təx­ri­ba­tı…

Qaf­qaz Bir­ləş­miş Ştat­la­rı? – Er­mə­nis­tan­da ye­ni ide­ya təx­ri­ba­tı…

“Yax­şı olar ki, er­mə­ni si­ya­sət­çi­lə­ri bu is­ti­qa­mət­də…”

Ra­miz Ta­ğı­yev: “Çün­ki nor­mal qon­şu­luq mü­na­si­bət­lə­ri­nə qa­yı­dı­şın yo­lu bu for­mul­dan ke­çir”

Er­mə­nis­tan­da fəa­liy­yət gös­tə­rən si­ya­sət­çi­lə­rin tez-tez dün­ya­nı hey­rə­tə sa­lan açıq­la­ma­la­rı ilə ta­nış ol­ma­ğa öy­rəş­mi­şik. Nə qə­dər qə­ri­bə ol­sa da, on­lar pe­rio­dik şə­kil­də bu tip açıq­la­ma­la­rı­nı da­vam et­di­rir. Be­lə məz­mun­lu bir açıq­la­ma ilə Er­mə­nis­tan­da fəa­liy­yət gös­tə­rən Ye­ni Za­man Par­ti­ya­sı­nın səd­ri çı­xış edib.
O bil­di­rib ki, ha­zır­da dün­ya­nın apa­rı­cı güc­lə­ri Qaf­qaz Bir­ləş­miş Ştat­la­rı ad­lı bir mo­de­lin ya­ra­dıl­ma­sı üzə­rin­də iş­lə­yir. İd­dia­la­ra gö­rə, be­lə bir plan baş tu­ta­ca­ğı təq­dir­də bü­tün Qaf­qaz öl­kə­lə­ri və xalq­la­rı va­hid öl­kə­də kon­fe­de­ra­si­ya şək­lin­də bir­ləş­mə­li­dir. Bu tip id­dia­nı nə də­rə­cə­də əsas­lı və inan­dı­rı­cı say­maq olar?
Si­ya­sət­çi Ra­miz Ta­ğı­yev qə­ze­ti­mi­zə açıq­la­ma­sın­da bil­dir­di ki, səs­lən­di­ri­lən bu fik­ri ha­zır­kı re­al­lıq­lar çər­çi­və­sin­də cə­fən­giy­yat­dan baş­qa nə­sə say­mır: “Bi­lir­si­niz ki, bu ye­ni bir ide­ya de­yil. Bun­dan əv­vəl “Qaf­qaz evi” ide­ya­sı­nı ta­nın­mış er­mə­ni si­ya­sət­çi­si Ay­rik­yan or­ta­ya at­mış­dı. Hə­min ide­ya Qaf­qaz öl­kə­lə­ri­ni bir çə­tir al­tın­da bir­ləş­dir­mə­yə xid­mət edir­di. An­caq gə­lin möv­cud re­al­lıq­la­ra ba­xaq. Tə­bii ki, bu priz­ma­dan ya­na­şan­da müm­kün­süz gö­rü­nür. Çün­ki biz er­mə­ni­lər­lə heç bir hal­da va­hid öl­kə­də ya­şa­ya bil­mə­rik. On­lar ya­xın qon­şu­luq, bi­zim on­la­ra gös­tər­di­yi­miz mər­hə­mət­dən is­ti­fa­də edib ağır zər­bə vu­rub­lar. Son zər­bə­nin fə­sad­la­rı bi­zim üçün da­ha ağır­dır. Bir mil­yon­dan ar­tıq in­san öz ata yur­dun­dan qaç­qın dü­şüb. Azər­bay­ca­nın 20 fa­iz əra­zi­si iş­ğal edi­lib və uzun il­lər­dir Er­mə­nis­tan tə­rə­fin­dən ta­lan edi­lir. Er­mə­ni­lə­rin sə­bəb­kar ol­du­ğu bu mü­na­qi­şə nə­ti­cə­sin­də 10 min­lər­lə in­san dün­ya­sı­nı də­yi­şib. Be­lə nan­kor qon­şu ilə ne­cə bir ara­ya gəl­mək olar? İlk növ­bə­tə Er­mə­nis­tan Azər­bay­can tor­pa­ğı­nın iş­ğa­lın­dan əl çək­mə­li­dir. Məc­bu­ri köç­kün­lər öz də­də-ba­ba yurd­la­rı­na qa­yıt­ma­lı­dır. Yal­nız bu etap­lar­dan son­ra han­sı­sa mü­za­ki­rə­lə­ri apar­maq olar. Doğ­ru­su, si­ya­sə­ti ya­xın­dan iz­lə­yən bi­ri ki­mi, mən dün­ya­nın Qaf­qaz­da ştat­lar ya­rat­maq ba­rə­də is­tək­lə­ri­nə rast gəl­mə­mi­şəm. Er­mə­ni­lər bu­nu məq­səd­li şə­kil­də or­ta­ya atır ki, diq­qə­ti ta­ma­mi­lə ai­diy­yə­ti ol­ma­yan möv­zu­la­ra yö­nəlt­sin. Öz­lə­ri­ni bir­gə ya­şa­yı­şa meyl­li gös­tər­mək is­tə­yir­lər. Bir­gə ya­şa­yış­dan biz də qaç­mı­rıq, an­caq bü­tün bun­la­ra yol Azər­bay­ca­nın şərt­lə­ri­nə əməl olun­maq­dan ke­çir. Azər­bay­can Pre­zi­den­ti də bu­nu de­yib ki, şərt­lə­rə əməl olu­nan­dan son­ra Azər­bay­can Dağ­lıq Qa­ra­ba­ğa öl­kə­mi­zin tər­ki­bin­də ən yük­sək mux­ta­riy­yət sta­tu­su­nu ver­mə­yə ha­zır­dır. Yax­şı olar ki, er­mə­ni si­ya­sət­çi­lə­ri bu is­ti­qa­mət­də dü­şün­sün. Çün­ki nor­mal qon­şu­luq mü­na­si­bət­lə­ri­nə qa­yı­dı­şın yo­lu bu for­mul­dan ke­çir”.

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …

Bir cavab yazın