Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Azərbaycanlı şagird ermənini belə pərt etdi – VİDEO

Azərbaycanlı şagird ermənini belə pərt etdi – VİDEO

Taylandın Naxom-Patom şəhərində keçirilən 49-cu Beynəlxalq Kimya Olimpiadasında azərbaycanlı və erməni yarışmaçı arasında maraqlı hadisə baş verib.

Azinforum.az  missiya.az-a istinadən xəbər verir ki, yarış qalibləri mükafatlandırılan zaman erməni və azərbaycanlı şagird ardıcıllıqla səhnəyə dəvət olunub.

Yarışmanın qaydalarına görə, hər şagird səhnəyə çıxarkən, öz ölkəsinin bayrağını nümayiş etdirməlidir. Bütün yarışmaçılar kimi azərbaycanlı şagird də bayrağımızı nümayiş etdirib. Azərbaycanlı şagirdin ardınca isə erməni yarışmaçı səhnəyə dəvət olunub. Sıralamaya əsasən azərbaycanlı və erməni yarışmaçı yanaşı dayanmalı olub. Amma bir neçə saniyə keçməmiş azərbaycanlı şagird ermənini pərt edib. O, Azərbaycan və Ermənistan bayraqlarının yanaşı dayanmasına imkan verməyib və yerini dəyişib. Şagirdin bu addımı zalda böyük coşquya səbəb olub.

Qeyd edək ki, Azərbaycan 49-cu Beynəlxalq Kimya Olimpiadasında 78 ölkə arasında 15-ci yerdə qərarlaşıb.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın