Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Neftçalada çağırışa gedən masajçı uşaq həkimini it dişləyib

Neftçalada çağırışa gedən masajçı uşaq həkimini it dişləyib

Ötən gün Neftçala rayonunun Aşağı Surra kəndində Salyan rayon sakini olan 46 yaşlı masajçı uşaq həkimi Kamal Səfərovu it dişləyib.

Həkimin virtualaz.org saytının Şirvan bürosuna verdiyi məlumata görə, iflic xəstəsi olan uşağın növbəti masajını etmək üçün həyətlərinə daxil olan zaman ona iri bir it hücum edərək dişləməyə başlayıb.

Yalnız ev sahibinin müdaxiləsi nəticəsində xəsarət almış həkimi itin əlindən almaq mümkün olub.

Salyan Mərkəzi rayon Xəstəxanasına çatdırılan Kamal Səfərova quduzluq əleyhinə peyvənd vurularaq ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, Kamal Səfərov Salyan şəhərində fəaliyyət göstərən özəl tibb müəssisələrindən birində masajçı həkim işləyir.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın