Ana səhifə / Aktual / Yüksək post tutan iki qardaş  vəzifəsi  ilə niyə vidalaşdı? – Qara və Müsavər Nəbiyev müəmması…

Yüksək post tutan iki qardaş  vəzifəsi  ilə niyə vidalaşdı? – Qara və Müsavər Nəbiyev müəmması…

Azinforum.az xəbər verir ki,  bu günlərdə “Azərışıq” ASC-nin Enerji Satış Departamentinin direktoru Qara Nəbiyevlə bağlı  yaranan müəmmaya  tam aydınlıq gətirilib. Qara Nəbiyevin vəzifəsilə birdəfəlik vidalaşdığı dəqiqləşib. Qeyd edək ki, bu ilin aprel ayında Qara Nəbiyevin tutduğu vəzifədən istefaya göndərilməsinə dair xəbər yayıldı. Həmin vaxt bildirilirdi ki, Qara Nəbiyevlə “Azərişıq” şefi  Baba Rzayevin münasibətində yaranan gərginlik Nəbiyevin qurumdan uzaqlaşması ilə  nəticələnib. Sonra qeyd edildi ki, Nəbiyev səhətilə əlaqədar məzuniyyətə çıxıb və tezliklə öz işinə qayıdacaq. Bütün məzuniyyətini qardaşı Müsavər Nəbiyevə məxsus olan, 8 km ərazisindəki restoranda keçirən Qara Nəbiyev nədənsə,  “Azərişıq” la yollarını birdəfəlik kəsməli oldu.  Bildirilir ki, Qara Nəbiyev əvvəlki postuna qayıtmağa çox cəhd etsə də, Baba Rzayevibn razılığını ala bilməyib və elə bu səbəbdən də, oyundankənar vəziyyətə düşüb.

Əldə etdiyimiz məlumata görə, 2017-ci il Qara Nəbiyevin Vergilər Nazirliyində müşavir işləyən qardaşı Müsavər Nəbiyev üçün də, uğursuz olub.  Belə ki, o yaşı ilə əlaqədar təqaüdə göndərilib.  Çox gümrah insan  təsiri bağışlayan Müsavər Nəbiyevin bundan sonra da çalışdığı nazirlikdə vəzifəsini icra etmək imkanı olub. Çünki qanunvericilik və səhəti buna tam imkan verirmiş. Görünür, sabiq müşavir təqaüdə getməklə sudan quru çıxmağı daha məqbul sayıb. Qeyd edək ki, əslən Qəbələ rayonundan olan Nəbiyev qardaşları “fövqəlnazir” Kəmaləddin Heydərova yaxın olan kadrlar kimi xarakterizə olunublar.

Rövşən ƏLİ

Azinforum.az

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın