Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / Vasif Talıbov jurnalistə 3 otaqlı mənzil hədiyyə etdi – “Ömür boyu Ali Məclisin Sədrinə minnətdar olacağıq!”

Vasif Talıbov jurnalistə 3 otaqlı mənzil hədiyyə etdi – “Ömür boyu Ali Məclisin Sədrinə minnətdar olacağıq!”

Azinforum.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri  Vasif Talıbov “Azərtac”ın  MR-də akreditasiya olunan əməkdaşı Rauf Kəngərliyə 3 otaqlı mənzil hədiyyə edib. Jurnalistin ona təqdim olunan hədiyəyyə münasibəti belə olub:

“Dostlar, sevincimin həddi-hüdudu yoxdur. Ailə həyatı qurduğum 22 il ərzində ilk dəfədir, nəhayət ki, bir evim oldu. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun böyük diqqət və qayğısı nəticəsində Naxçıvan şəhərinin çox görkəmli bir yerində 3 otaqlı mənzillə təmin olundum.
Bu, mənə və mənim timsalımda qədim diyarda fəaliyyət göstərən bütün mətbuat nümayəndələrinə göstərilən etimadın, qayğının növbəti nümunəsidir. Mən, həyat yoldaşım və 4 övladım ömür boyu Ali Məclisin Sədrinə minnətdar olacağıq!!! Allah Sizə uzun ömür, can sağlığı versin cənab Sədr!!!
Dostlar, o qədər həyacanlıyam ki, fikrimi, duyğularımı ifadə edə bilmirəm”.

Qeyd edək ki, Rauf Kəngərli əslən Naxçıvan MR-in Kəngərli rayonundandır. Uzun müddət paytaxt Bakıda fəaliyyət göstərən KİV-lərdə çalışıb. Bir neçə ildir ki, “Azərtac”ın Naxçıvan MR üzrə müxbiri vəzifəsində işləyir.

Azinforum.az

Həmçinin oxuyun

Çovdarovların “Vosmoy bazarı”na dair iddiası təmin olunmadı

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq generalı Akif Çovdarovun cinayət işi üzrə …

Bir cavab yazın