Ana səhifə / “Gördüm, Sibel Can tam soyunub balkona çıxdı…” – Fotolar

“Gördüm, Sibel Can tam soyunub balkona çıxdı…” – Fotolar

Ötən həftə eyvanda bikini ilə görüntülənən Sibel Can “Hürriyət”in obyektivinə tuş gələn kimi maqazin gündəmini zəbt edib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən bildirir ki, bu olay 21 il öncə yaşanan bənzər hadisəni də yenidən gündəmə gətirib.

O vaxt Sibel Can “Posta” qəzetində dərc olunan çılpaq fotoları ilə gündəmə gəlmişdi. Bənzər hadisənin yaşanması müxbirləri illər öncəyə qaytarıb. Həmin fotoları çəkən fotoqrafı taparaq hadisənin təfərrüatları ilə maraqlanıblar.

21 il öncə məşhur müğənnini çılpaq çəkən Ayhan Kimsəsizcan hadisə ilə bağlı yaşadıqlarını belə anladıb:
“O zaman 26 yaşım vardı. “Posta”da işləyirdim. Mənə məlumat çatmışdı ki, Sibel Can bikini ilə hovuza, dənizə girir. Bu xəbəri aldığım gün – 25 may 1996-cı ildə onun qaldığı istirahət məkanına getdim və oteldə müştəri kimi bir otaq tutdum.

Axşam saat 9-da otelə çatdım. Gördüm ki, Sibel Can yemək salonunda. Gözə görünmək istəmədən bir sendviç götürüb otağıma qalxdım.

Sabah 8:30-da səhər yeməyinə düşdüm. Sibel Can yenə orda idi. Sürətlə salondan çıxdım. Hovuzun kənarında onun qaldığı otelə uyğun bir mövqe seçərək günəşlənmək üçün uzandım. Teleobyektiv taxılmış fotokameram da dəsmalın altında idi.

Bir də gördüm xanım müğənni hovuza üzməyə gəldi. Ətrafda da otel mühafizəsi gəzişir. Aparatı işə salıb şəkil çəksəm, qiyamət qopacaqdı. Bunu etmədim. Üzüstə uzanıb qaldım.

Sibel Can hovuza girib çıxdı, sonra da qaldığı villaya geri döndü. 5 dəqiqədən sonra çılpaq vəziyyətdə eyvana çıxaraq yaş paltarlarını ipə asdı. Gözüm 100 metrə irəlidəki villda olduğu üçün vəziyyəti o an gördüm.

Olduğum vəziyyəti dəyişmədən dəsmal qarışıq kameranı götürüb villaya tuşladım. Avtomatik olaraq düyməni basaraq dalbadal kadrlar çəkdim. Kameranın gözlüyündən baxa bilmədiyim üçün fokusu yaxşı tutmamışdım. Fotolarda dəqiqlik yox idi. Ağlıma hər şey gələrdi, amma məşhur solistin günün günorta çağı çılpaq şəkildə eyvana çıxacağını düşünməzdim.

Mobil telefonumla şefim Bəkir Saçara zəng edib müjdəmi verdim. Rəqamlsal fotokameralar o zaman icad edilməmişdi. Lenti yumadan çəkdiyim fotoları görməyim imkansızdı. Bəlkə, görən olub, mühafizəyə xəbər edərlər qorxusuyla 4 günlük pulunu ödədiyim istirahət mərkəzindən 15 dəqiqəyə ayrıldım.

Təlaşımı görən xidməti işçilərə “Anam xəstələnib, təcili İstanbula qayıtmalıyam”, – dedim. Oteldən kirayə götürdüyüm maşınla hava limanına getdim. Orda bir xeyli gözləməli oldum. Saat 24-ü bir az keçmiş, gecəyarı İstanbula çatdım. Təcili redaksiyaya gedib lenti laboratoriyay verdim. Bəli, bacarmışdım. 25 kadrdan ikisində Sibel Can çılpaq şəkildə kadra düşmüşdü. Fotolar qəzetdə yayıldı. Elə həmin gündən etibarən Sibel Canın hamilərinin təhdid zəngləri susmadı. Evə getməyə qorxurdum. Redaksiyanın mənim üçün tutduğu gizli oteldə qalırdım.

20 yaşlı bir gənc olaraq belə streslərə və gərginliyə hazır deyildim o zaman. Həyəcan və sıxıntılardan mədə qanaması keçirdim.

İstinyə dövlət xəstəxanasında günlərcə yatdım. Hər işdə bir xeyir vardır. Sibel Canın hamiləri də xəstəxanada ağır vəziyyətdə olduğumu eşidərək günlər sonra mənim axtarışımı dayandırdılar. Beləliklə, bir maqazin skandalı da beləcə küllənib getdi”.

Qeyd edək ki, bu hadisənin qəhrəmanı Ayhan Kimsəsizcan hazırda bir italyan xanımla evlidir. İki uşaq atasıdır. Nyu York, Sa Fransisko və Los Ancelesdə hədiyyəlik əşyalar satan beş mağazanın sahibidir. Yenə də foto çəkir. Amma mənzərə fotoları…

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın