Ana səhifə / Bayram Kürdəxanlını hansı məşhurun qohumu öldürüb? (TƏFƏRRÜAT)

Bayram Kürdəxanlını hansı məşhurun qohumu öldürüb? (TƏFƏRRÜAT)

Tanınmış meyxana ustası Bayram Kürdəxanlı (Bayramqulu Quliyev) avtomobil vurması nəticəsində ölüb.

Azinforum.az yenicag.az-a istinadən xəbər verir ki, mərhum saat 14.00-da Kürdəxanı qəbiristanlığında, atasının yanında dəfn olunacaq.

Qonşuların dediyinə görə, hadisə B. Kürdəxanlı qəsəbədəki toy mərasimindən evinə qayıdarkən baş verib. Meyxanaçını maşınla vuran sürücü Emin Fərhadov Maştağa kənd sakini imiş. Kənd camaatının sözlərinə görə, həmin şəxs Ağamirzənin qohumudur.

Ağamirzə özü xəbəri təsdiqləyib: “Bayramı vuran Emin mənim uzaqdan-uzağa qohumumdur. Kim istəyərdi ki belə hadisə olsun?! Emin danışır ki, hadisə baş verən zaman maşını yüksək sürətlə idarə etməyibmiş. Bayram qəfildən maşının altına girib, Emin avtomobili qaçırtsa da, xeyri olmayıb. Elə özü də onu xəstəxanaya çatdırıb”.

Ağamirzə gecə xəstəxanada Bayramın yanında qaldığını deyib: “Reanimasiyada idi, içəri girdim, qardaşı da mənimləydi. Nə qədər çağırdım ki, Bayram, gözünü aç, yanındayam, eşitmədi. Komadaydı. O boyda türmədə ölməyəsən, gəlib bir maşının altında qalasan. Qismətə bax. Hələ də şokdayam, özümə gələ bilmirəm”.

Həmçinin oxuyun

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? – Görünəni odur ki…

Sabiq Mədəniyət naziri Əbülfəs Qarayevin vəzifəsindən azad olunmasından sonra mədəniyyət idarələrində və bir sıra rayonlarda …

Bir cavab yazın