Cümə , Aprel 26 2024
Ana səhifə / 2017 / İyul

Monthly Archives: İyul 2017

Azərbaycan Ali Məhkəməsinin qərarı ləğv olundu

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclası keçirilib. Konstitusiya Məhkəməsindən verilən məlumata görə, iclasda ərizəçi Fariz Bayramovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2016-cı il 8 noyabr tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə …

Ətraflı oxu »

Naxçıvan Ali Məclisinin sədri İqdır vilayətinin valisi ilə görüşüb –FOTO

İyulun 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikası İqdır Vilayətinin yeni valisi Ənvər Ünlü ilə görüşüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qonağı salamlayan Ali Məclisin Sədri onu İqdır vilayətinə vali təyin olunması münasibətilə təbrik edib. Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar …

Ətraflı oxu »

Pulları çin-çin olan SSRİ rəhbərləri – MARAQLI

SSRİ rəhbərlərinin şəxsi həyatı, yaşam tərzi sovetlər birliyi dönəmində nə qədər gizli və qapalı saxlansa da, ölkə dağıldıqdan sonra açılan arxivlər bu nəhənglərin həyat tərzlərinin bütün məqamlarını geninə-boyuna ictimaiyyətə təqdim etdi. Hətta arxivlər sovet liderlərinin ciblərini də açıb göstərdi. Kommunizmə doğru gedən bu siyasilərin nə qədər əmək haqqı aldıqları, əlavə …

Ətraflı oxu »

Telman İsmayılovun daha bir şirkəti müflis elan olunub

Moskva Arbitraj Məhkəməsi “Rusline 2000” MMC-ni müflis elan edib. “APA-Economics” Rusiya mətbuatına istinadən xəbər verir ki, adıçəkilən şirkət AST şirkətlər qrupuna daxildir. Qeyd edək ki, “Rusline 2000” MMC-nin “BM-Bank” qarşısında 17,2 mlrd. rubl məbləğində borc öhdəliyi olub. Əlavə edək ki, “BM-Bank” “VTB Qrup”a daxildir.

Ətraflı oxu »

Azərbaycanda 18 yaşına çatmamış 8 760 nəfər uşağa aylıq sosial müavinət ödənilir

Prezident İlham Əliyevin 2013-cü il dekabrın 27-i “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” fərmanına əsasən, 2014-cü ilin əvvəlindən beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə aylıq 30 manat məbləğində sosial müavinət verilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən …

Ətraflı oxu »

Gələn il Azərbaycanda işsizlik azalacaq

Bu il Azərbaycanda işsizlik səviyyəsinin artacağı, növbəti 3 ildə isə azalacağı ehtimal edilir. Belə bir proqnozla “Standard & Poor’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın 2020-ci ilə qədər iqtisadi perspektivləri barədə hesabatında çıxış edib. Hesabatda bildirilib ki, 2018-ci ildə Azərbaycanda işsizlik 5,5%-ə, 2019-2020-ci illərdə isə 5%-ə enəcək. Agentlik hesabatda bir sıra digər …

Ətraflı oxu »

“Qarabağ” 50 minlə razılaşmadı — Canlı yayım olmayacaq

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində sabah keçiriləcək “Şerif” – “Qarabağ” matçının canlı yayımlanmaq ehtimalı çox azdı. Apasport.az xəbər verir ki, buna səbəb Moldova klubunun yayıma müsbət yanaşmamağıdır. Ağdam təmsilçisi hələ ilk matçdan əvvəl qarşı tərəfə oyunların yayımlarının dəyişdirilməsini təklif etsə də, “Şerif” rəhbərliyi buna razılıq verməmişdi. Buna baxmayaraq, …

Ətraflı oxu »

Çimərliklərdəki ölümlərin bir nömrəli SƏBƏBİ – FOTO

“Evə ikigünlük gəlmişdim. Qardaşım israrla dedi ki, gedək dənizə. Etiraz etdim ki, bu küləkdə nə dəniz, başqa vaxt gedərik. Əl çəkmədi, məcbur qalıb, getdim. Elə suya təzəcə baş vurmuşdu ki, gördüm hündür bir dalğa onu görünməz etdi. Gördüm tərpənmədən dalğanın ortasında qalıb. Qorxudan ürəyi partlayıbmış. Çünki meyiti yuyanlar dedilər ki, …

Ətraflı oxu »

Türkiyədə 1 həftə ərzində 831 Gülən tərəfdarı saxlanılıb – RƏSMİ

Türkiyə hüquq-mühafizə orqanları tərəfindən son 1 həftə ərzində Gülən hərəkatı ilə əlaqədə şübhəli bilinən 831 nəfər saxlanılıb. Trend-in məlumatına görə, bu barədə Türkiyə DİN xəbər yayıb. DİN-dən verilən məlumata əsasən, ötən həftə ərzində Türkiyədə həmçinin, PKK ilə əlaqədə şübhəli bilinən daha 213 nəfər saxlanılıb.

Ətraflı oxu »

Tankçılarımız beynəlxalq yarışda ustalıq göstərir – VİDEO

Beynəlxalq Ordu Oyunlar çərçivəsində “Tank biatlonu” müsabiqəsi keçirilib. “Tank biatlonu” müsabiqəsində 19 ölkədən 55 tank heyəti iştirak edir və yarışlara avqustun 12-də yekun vurulacaq. T-72B3 tankında yarışlarda iştirak edən Azərbaycan heyəti Küveyt və Monqolustan komandalarını geridə qoyaraq ilkin mərhələni öz qruplarında 2-ci yerdə başa vurublar.

Ətraflı oxu »