Çərşənbə , Aprel 24 2024

Daily Archives: 15 Avqust 2017

Bu il 799 nəfər ölkədən gedib

Cari ilin yanvar-iyun ayları ərzində 1487 nəfər Azərbaycana daimi yaşamağa gəlib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən bu müddət ərzində 799 nəfərin ölkədən getdiyi qeydə alınıb. Ümumilikdə miqrasiya saldosu müsbət 688 nəfər təşkil edib.

Ətraflı oxu »

Yol qəzalarının acınacaqlı statistikası

2017-ci ilin yanvar-iyun aylarında ölkənin avtomobil yollarında 848 və ya 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz az yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 10,0 faiz azalaraq 1147 nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, zərərçəkənlərdən  315-i həlak olub, 832-si …

Ətraflı oxu »

Çempionlar Liqası: “Qarabağ” “Kopenhagen”i məğlub etdi – VİDEO

Bu gün Bakı vaxtı ilə saat 20.00-da  “Qarabağ” Bakıda Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçına çıxıb. “Qarabağ” Danimarkanın “Kopenhagen” komandasını qəbul edib Oyunun 25-ci dəqiqəsində Mahir Mədətov komandamızı önə çıxarıb – 1:0. Beləliklə, “Qarabağ” – “Kopenhagen” oyununu 1.0 komandamızın qələbəsi ilə başa çatıb. Qeyd edək ki, “Qarabağ”la “Kopenhagen” arasında cavab oyunu avqustun …

Ətraflı oxu »

Əliməmməd Nuriyev: “Əfv olacağına ümid etmirəm”

Son əfv sərəncamı bu ilin martında olub, 424 nəfər əfv olunub. Əfv sərəncamından bizi qısa müddət ayırır və bu səbəbdən yaxın günlərdə əfv olacağını güman etmirəm. Bu barədə Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Amerikanın Səsinə bildirib. Onun sözlərinə görə, Əfv Komissiyasının iclasının olacağı ilə bağlı son həftələrdə …

Ətraflı oxu »

Bakıda ucuz məktəbli yarmarkaları açılır – Video

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamenti qarşıdan gələn tədris ili üçün valideynlərin övladlarına məktəbli ləvazimatları almasını asanlaşdırmaq məqsədilə paytaxtın müxtəlif yerlərində məktəbli yarmarkaları quraşdırır. Ticarət Departamentinin mətbuat katibi Əliabbas Bağırov “XəzərXəbər”ə bildirdi ki, məktəbli yarmarkaları sentyabrın 20-dək işləyəcək. Lakin ehtiyac olarsa, yarmarkalar sentyabrın 30-a qədər davam edə bilər. Məktəbli yarmarkaları …

Ətraflı oxu »

Bu gün metro xüsusi qrafikdə işləyəcək

“Qarabağ” və “Kopenhagen” oyunu ilə əlaqədar Bakı metrosunda xüsusi qrafik tətbiq ediləcək. AZƏRTAC bildirir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. O bildirib ki, hazırda Bakı metrosunda yay qrafiki tətbiq edilir. Bu gün baş tutacaq “Qarabağ” və “Kopenhagen” oyunundan sonra sərnişin sıxlığının qarşısını almaq üçün …

Ətraflı oxu »

“Ronaldoya verilən cəza çox ağırdır” – Zidan

“Real”ın baş məşqçisi Zinəddin Zidan futbolçusu Kriştianu Ronaldunun 5 oyunluq cəzalandırılmasına münasibət bildirib. Qol.az xəbər verir ki, o, bu cəzanın yanlış olduğunu deyib: “Çox məyusam. Hakimlik haqda danışmaq istəmirəm. Epizoda baxıram və düşünürəm ki, necə ola bilər ki , buna görə 5 oyunluq cəzalandırılmaq olar? Bu, çox ağır cəzadır. Ronaldu …

Ətraflı oxu »

Azərbaycanda sosial müavinət təyin olunanların sayı açıqlanıb

2017-ci il iyulun 1-i vəziyyətinə Azərbaycanda 378 min nəfərə sosial müavinətlər təyin olunub. Azinforum.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, yaşa görə müavinət alanların sayı 22 min nəfər, əlilliyə görə – 155,9 min nəfər, ailə başçısını itirməyə görə – 43,1 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə …

Ətraflı oxu »

Nazpəri: Bütün körpələri Kərim qədər sevirəm

Xalq artisti Nazpəri Dostəliyevanın nəvəsi Kərimin ad günüdür. Teleqraf.com xəbər verir ki, müğənni 2 yaşı tamam olan nəvəsini sosial şəbəkədə təbrik edib. O, video paylaşaraq, bu sözləri yazıb: “Ad günün mübarək, Kərim balam. Allahdan vətənə layiqli oğul olmağını arzulayıram. Bütün körpə balalarımızı Kərim qədər sevirəm. Allah balalarımızı qorusun”.

Ətraflı oxu »

Azərbaycan iqtisadiyyatı 1% azalıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda rezidentlər tərəfindən 37 645,4 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,0% az ümumi daxili məhsul istehsal olunub. Musavat.com-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, əhalinin hər nəfərinə düşən ÜDM 3 875,6 manata bərabər olub. Bu da illik müqayisədə 2% azalma …

Ətraflı oxu »