Sosial şəbəkədə biz:
2025-ci ildə ən azı 42 hərbçi vəfat edib
Xəbər Şəkli

2025-ci ildə ən azı 42 hərbçi vəfat edib

30 December 2025, 00:00
Araşdırma

2025-ci ildə Azərbaycanda ən azı 42 hərbçi qeyri-döyüş şəraitində vəfat edib.

Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun 2025-ci il hesabatında deyilir.

Hesabata əsasən, onlardan 12-si müxtəlif xəstəliklər, 10-nu intihar, 7-si avtomobil qəzası, 7-si müxtəlif bədbəxt hadisələr (qar uçqunu, suda boğulma, qayadan yıxılma, qaz sızması), 2-si qeyri-qanuni əməllər, 2-si mina partlayışı, daha 2-si isə naməlum səbəbdən vəfat edib.   

Ölən hərbçilərn  24-ü Müdafiə Nazirliyinin, 11-i  Dövlət Sərhəd Xidmətinin, 2-i Ədliyyə Nazirliyinin, 2-i Fövqəladə Hallar Nazirliyinin, 1-i Prezidentin Təhlükəsizlik Xidmətinin, 1-i Daxili Qoşunların hərbi qulluqçuları olub. 1 nəfərin xidmət etdiyi qoşun növünü müəyyən etmək isə mümkün olmayıb.

Onların  25-nin əsgər, 7-nin zabit, 6-nın gizir, 2-nin MAXE, 2-nin isə kursant olduğu bildirilir.

Hesabatda deyilir ki, 2025-ci ildə ən azı 11 hərbi qulluqçu müxtəlif səbəblərdən yaralanıb və ya xəsarət alıb (və ya zəhərlənib). Onlardan 1-i 2023-cü ilin sentyabrın 19-da Azərbaycanın Qarabağda keçirdiyi lokal hərbi əməliyyat nəticəsində yaralanıb, 3-ü isə zəhərlənib, 7 nəfər də mina partlayışı nəticəsində xəsarət alıb.

2024-cü ildə Azərbaycanda 51 hərbi qulluqçu vəfat edib və onların 49-u qeyri-döyüş itkiləri olub.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun direktoru Cəsur Məmmədov bildirib ki, qeyri-döyüş itkilərinin səbəbi korrupsiyadır:

“Baxmayaraq ki, hərbi xərclər artırılır, büdcədən ayrılan pul əsgərə gəlib çatmır. Əsgərlərin təminatında və yaşayış şəraitində irəliləyişlər yoxdur. Problemlərin həlli Azərbaycanın müqaviləli orduya keçidi ilə bağlıdır. Nə qədər ki, orduda ciddi islahatlar aparılmayıb, ordunun təminatı müasir standartlara uyğunlaşdırılmayıb, əsgər ölümləri davam edəcək”.

2026-cı ildə dövlət büdcəsində hərbi xərclər üçün 8.7 mlrd manat vəsaitin ayrılacaq.