Ölkədən oğurlayıb xaricə daşıyanlar
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş sədri, deputat Səttar Möhbalıyevin oğlu İsfəndiyar Mehbalıyev də Dubaya köçüb. O, Dubayda, Palm Jumeirah adasının yaxınlığında inşa edilmiş DUBAI MARINA (Marsa Dubai kimi də məşhurdur) elit yaşayış kompleksində hər biri 80.49 km yaşayış sahəsi olan iki mənziı alıb. Bunlar əmlak nömrələri (P-Number) 156986391 və 156989399 olan 1101 və 1401 nömrəli lüks mənzillərdir.
Marina kompleksdə bu cür mənzillərin real dəyəri 1.3 mln – 2.1 mln AED (320,000 – 520,000 dollar) civarındadır.
İsfəndiyar Mehbalıyev vaxtilə Qaradağ rayon polis şöbəsinin rəisi olmuş, 3 iı əvvəl Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə rəis müavini vəzifəsinə təyin edilmişdi. O, Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun kürəkəni idi, iddialara görə ötən il boşanıb. Əli Həsənovun qızı Safiyə Mehbalıyeva da hazırda Dubayda yaşayır qızıl-zinət və bahalı brend saatların, aksessuarların satışı ilə məşğuldur.
Cavanşir Həsənli