Sosial şəbəkədə biz:

70 qəpiyə satılan "ölüm içkiləri"

Tibb elmləri doktoru Elvira Xaçirova enerji içkilərinin sağlamlığa mənfi təsirləri barədə xəbərdarlıq edib.

 Onun sözlərinə görə bu cür içkilər tərkibində yüksək dozada kofein, şəkər və sintetik maddələr ehtiva etdiyindən orqanizmdə ciddi pozuntulara yol aça bilər.

 Xaçirova bildirib ki, enerji içkilərindən müntəzəm istifadə ürək ritm pozuntuları, təzyiqin yüksəlməsi, sinir sistemi gərginliyi, yuxusuzluq, mədə-bağırsaq narahatlıqları və asılılıq kimi fəsadlarla nəticələnə bilər.

 "Xüsusilə yeniyetmələr və yüksək təzyiq, ürək-damar və sinir sistemi xəstəlikləri olan şəxslər üçün bu içkilər təhlükəlidir. Enerji içkiləri sürətli stimullaşdırıcı təsir göstərsə də, bu təsirin arxasında ciddi yorğunluq və orqanizmin tükənməsi gizlənir", - deyə o vurğulayıb.

 Mütəxəssis bu içkilərin idman zamanı və ya imtahan öncəsi gərginlikdə istifadəsini də riskli hesab edir. Onun sözlərinə görə, belə hallarda orqanizmin öz ehtiyatları həddən artıq gərginləşir, bu isə ürək və sinir sisteminə əlavə yük yaradır.

 

Xaçirova enerji içkiləri əvəzinə bol su içməyi, düzgün qidalanmağı və yuxu rejiminə riayət etməyi daha sağlam alternativlər kimi tövsiyə edir.

 

Milli.az


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol