Sosial şəbəkədə biz:
Bakıda restoranın reklam lövhəsi uçdu
Xəbər Şəkli

Bakıda restoranın reklam lövhəsi uçdu

20 July 2025, 11:11
Cəmiyyət

Bu gün səhər saatlarında Bakı şəhər Nəsimi rayonu ərazisində yerləşən restoranlardan birinin reklam lövhəsi uçub.
“Qafqazinfo” xəbər verir ki, hadisə 4-cü mikrorayon Cavadxan küçəsi 37 ünvanında yerləşən “Melon lounge” restoranında baş verib.

Binanın üzərində quraşdırılmış lövhə təxminən 10 metr hündürlükdən qoparaq yerə çırpılıb. Binanın üzlük daşları da yola dağılıb.

Xoşbəxtlikdən ətrafda olan şəxslərdən heç kim xəsarət almayıb.