Sosial şəbəkədə biz:
Baş prokurordan yeni rəis TƏYİNATI
Xəbər Şəkli

Baş prokurordan yeni rəis TƏYİNATI

05 August 2025, 11:24
Cəmiyyət

Hərbi Prokurorluqda yeni təyinat olub.

Belə ki, oxu.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, ədliyyə polkovniki Eyvaz Nəcməddin oğlu Mustafayev qurumun Cinayət təqibindən kənar icraatlar şöbəsinin rəisi təyin edilib.

Qeyd edək ki, E.Mustafayev buna kimi Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsinin rəis müavini vəzifəsində çalışıb.