Sosial şəbəkədə biz:

Bülbüloğlunun keçmiş xanımı: "Xəbər doğrudur, evləniblər"

Bülbüloğlunun keçmiş xanımı: "Xəbər doğrudur, evləniblər"
Xəbər Şəkli
26 August 2026, 15:38
Cəmiyyət

Polad Bülbüloğlunun üçüncü dəfə ailə qurması ilə bağlı yayılan məlumatlar sənətçinin təkzibindən sonra da müzakirə olunur.

Məlumatı ilk yayımlayan Gununsesi.org saytının baş redaktoru Pərviz Həşimli Polad Bülbüloğlunun təkzibinə münasibət bildirib.

“Xəbər yalandırsa, Polad Bülbüloğlu dünən nədən təkzib etmədi? Sualı qəbul etdi, susdu. Biz saatlarla gözlədik. Bu gün səhər başqa bir həmkarımıza deyir ki, bu söhbət uzanmasın. Yazmayın heç nə…”, - Baş redaktor bildirib.

Həşimli iddia edib ki, xəbəri təkzib etməsinə baxmayaraq Polad Bülbüloğlu hazırda Türkiyədə həmin xanımla birlikdədir:

“Türkiyədə yeni arvadı ilə gedib. Ortada əmlak söhbətindən tutmuş, eks xanımının Polad haqqında yaxınlarına yazdığı mesajlar da var. Xəbər doğrudur! Polad müəllim həyatındakı yeni qadını ilə çox xoşbəxtdir", - Həşimli əlavə edib.

O, həmçinin xəbəri təkzib edənlərə çağırış edərək, bunları əlavə edib: “Xəbəri sevincək təkzib etməyə çalışanlar, bir zəhmət, soruşun ki, bu xanım hazırda sizinlə Bodrumda hansı statusda dincəlir?” 

savashmedia.az