Sosial şəbəkədə biz:

Dilqəm Əsgərov oğlundan imtina etdi

Dilqəm Əsgərov oğlundan imtina etdi
Xəbər Şəkli
04 September 2026, 15:45
Cəmiyyət

Keçmiş girov Dilqəm Əsgərov oğlundan imtina üçün məhkəməyə müraciət edib.

Dilqəm Əsgərov bu barədə “Protest” TV-yə açıqlamasında bildirib.

O deyib ki, böyük oğlu Kürdoğlu Əsgərovla bağlı ərizəsini bu gün Şəmkir rayon Məhkəməsinə təqdim edib. Ərizə bütün ailənin adından verilib. Sezar pizza

Bacıları, digər qardaşı da ərizəyə qol çəkərək Kürdoğlu Əsgərovdan imtina etdiklərini təsdiqləyiblər.

Dilqəm Əsgərov bildirib ki, o, girovluqda olduğu zaman Kürdüoğlu Əsgərov ailəyə ciddi maddi ziyan vurub, onun avtomobilini satıb, indi də digər əmlakları ələ keçirmək istəyir.

Dilqəm Əsgərovun sözlərinə görə, Kürdoğlu Əsgərov son vaxtlar onun barəsində sosial şəbəkələrdə əsassız ittihamlar yaymaqla məşğuldur. O, oğlunu “naxələf övlad” adlandırıb.