Sosial şəbəkədə biz:
Həyatın ikinci başlanğıcı...
Xəbər Şəkli

Həyatın ikinci başlanğıcı...

09 October 2025, 16:32
Cəmiyyət

Bu gün — 9 oktyabr, mənim üçün sadəcə bir tarix deyil.
Bu gün yenidən doğulduğum gündür.

6 il əvvəl, 9 oktyabr 2019-cu ildə Mərkəzi Gömrük Hospitalında tanınmış cərrah Mircəlal Kazımi mənim həyatımı xilas etdi. Uğurlu qaraciyər köçürülməsi əməliyyatı sayəsində bu gün sağlam, həyat dolu bir insan kimi yaşayıram.

Hər il bu tarixdə bir daha anlayıram ki, bəzən ikinci şans möcüzə deyil — bir həkimin bacarığı, mərhəməti və insan sevgisidir.

Dərin minnətdarlığımı bildirirəm Mircəlal həkimə və onun komandasına.
Siz mənə sadəcə sağlamlıq yox, həyat bəxş etdiniz. 

Şükürova Alimə Murad qızı
Füzuli rayonu, Əhmədbəyli kəndi
(Qaraciyər köçürülməsi əməliyyatı — 09.10.2019)