Sosial şəbəkədə biz:
“Ramiz Mehdiyevə villa bağışlamamışam” – Kəmaləddin Heydərov
Xəbər Şəkli

“Ramiz Mehdiyevə villa bağışlamamışam” – Kəmaləddin Heydərov

05 November 2025, 16:58
Cəmiyyət

“Mən Qəbələdə Ramiz Mehdiyevə nə villa, nə də başqa bir şey bağışlamışam. Boş söhbətlərdir, mən buna əhəmiyyət vermirəm. Ona görə də siz də ciddiyə almayın”.
Bunu “Günün səsi”nə açıqlama verən fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov deyib.
O bunu, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə Qəbələdə villa tikməsinə dair yerli KİV-də yayılan iddialara münasibət bildirərkən söyləyib.
Qeyd edək ki, son vaxtlar yerli mətbuatda Ramiz Mehdiyevin dövlətə xəyanət və digər cinayətlərdə ittiham olunması barədə də məlumat yayılıb.