Sosial şəbəkədə biz:
Rəhman Bədəlov dünyasını dəyişdi
Xəbər Şəkli

Rəhman Bədəlov dünyasını dəyişdi

10 July 2025, 00:36
Cəmiyyət

Fəlsəfə elmləri doktoru, professor Rəhman Bədəlov vəfat edib.


Bu barədə APA-ya onun qızı Heyran Qorçu xəbər verib.


O bildirib ki, atası 2 saat öncə uzun sürən onkoloji xəstəlik səbəbilə dünyasını dəyişib.


Rəhman Bədəlovun nəşi sabah Əhmədli qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn ediləcək.


Qeyd edək ki, Rəhman Bədəlov 1937-ci ildə Bakıda anadan olub. O, bir neçə kitabın, o cümlədən "Qəhrəmanlıq eposunun həqiqəti və bədiiliyi”, "Birlikdə yaşamaq və ya İnsanlar demokratiyaya necə gəldi”, "Zərdobalı adam: kino üçün sənədli fantaziya” kitablarının və dörd yüzdən çox elmi, maarifləndirici və publisistik məqalənin müəllifidir.