Sosial şəbəkədə biz:
Sertifikasiyası olmayan cərrahlar
Xəbər Şəkli

Sertifikasiyası olmayan cərrahlar

22 October 2025, 08:04
Cəmiyyət

45 həkimin sertifikasiya şəhadətnaməsi olmadan fəaliyyət göstərməsi aşkar edilib.

Bunu “Xəzər xəbər”ə müsahibəsində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Tibbi Nəzarət şöbəsinin mütəxəssisi Xəyalə Əliyeva deyib.

Onun sözlərinə görə, ötən ay 160 özəl tibb müəssisəsində plandankənar, 90 özəl tibb müəssisəsində isə planlı yoxlamalar aparılıb.

Ən çox nöqsan sertifikasiya şəhadətnaməsi, lisenziyası olmadan və lisenziyadan kənar özəl tibb fəaliyyəti ilə məşğul olma ilə bağlı olub.

Xəyalə Əliyeva deyib ki, yoxlamalar vətəndaş müraciətləri əsasında aparılır.

Analitik Ekspertiza Mərkəzinin rəsmisi qeyd edib ki, sertikasiya şəhadətnaməsi olmadan fəaliyyət göstərdiyi müəyyən edilən 45 nəfər plastik-cərrahdır.