TƏBİB-də yüksək vəzifəli şəxslərin işdən çıxarılması davam edir – Adlar
TƏBİB-in tabeliyində fəaliyyət göstərən "Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi"nin direktoru Mirələm Cəlalov və TƏBİB icraçı direktorunun müşaviri vəzifələrindən azad olunublar.
Bununla bağlı müvafiq əmrlər artıq imzalanıb.
Qeyd edək ki, Mirələm Cəlalov bu vəzifəyə 2023-cü ilin yayında, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin birləşdirilməsi prosesindən sonra gətirilib.
Pərvin Əkbərov da 2023-cü ilin yanvar ayında TƏBİB-in sabiq İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə müşavir təyin olunub.
Onu da qeyd edək ki, bu gün Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova, Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov və “Yeni Klinika”nın direktoru Barat Yusubovun da işdən çıxarıldığı təsdiqlənib.
Qeyd edək ki, aprelin 17-si TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin olunan Anar Bayramov kadr dəyişikliklərinə başlayıb. Yeniavaz