ABŞ-ın İran xərcləri 61 milyardı keçdi
ABŞ-ın İrana qarşı əməliyyata xərcləri 61 milyard dolları keçib.
Bu hesablama ilə İran War Cost Tracker portalı çıxış edib.
Portalın məlumatına görə, əməliyyatın 55-ci gününə qədər xərclər 61 milyard dolları keçib. Bu müddətdə ABŞ saniyədə 11.500 dollardan çox vəsait xərcləyib.
Portal məlumatları real vaxt rejimində yeniləyir və personalın, bölgəyə göndərilən gəmilərin və digər əlaqəli xərclərin saxlanması üçün lazım olan vəsaiti hesablayır. Hesablama metodologiyası Pentaqonun Konqresə təqdim etdiyi hesabata əsaslanır və hesabatda ilk altı günün 11,3 milyard dollara başa gəldiyi, bundan sonra isə xərclərin gündə 1 milyard dollara çatacağı bildirilmişdi.
Musavat.com