Sosial şəbəkədə biz:
Biz Ukrayna ilə bağlı güzəştə getdik - Uşakov
Xəbər Şəkli

Biz Ukrayna ilə bağlı güzəştə getdik - Uşakov

11 October 2025, 08:36
Dünya

Vladimir Putin və Donald Tramp arasında Alyaska görüşündən sonra Rusiya Ukraynada nizamlanma istiqamətində müəyyən addımlar atmağa hazırdır.

Bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov "Kommersant"a açıqlamasında deyib.

O əlavə edib ki, bunun üçün Vaşinqton Avropa və Kiyevlə işləməlidir:

“Biz orada (Alyaskada – red.) müəyyən güzəştlərə getdik. Bu güzəşt, daha doğrusu, bizim irəliyə doğru addımımız amerikalıların Avropa və Ukrayna blokundan nə əldə etməli olduqları ilə bağlıdır. Əgər biz müzakirə etdiyimizə, amerikalıların razılaşdıqlarına nail olsaq, o zaman sülh yolu ilə həllə nail olacağıq".