Brüssel bu il Ukraynaya etdiyi büdcə yardımının məbləğini açıqladı
2025-ci ilin əvvəlindən bəri Avropa İttifaqı Ukraynaya 20,5 milyard avro xarici büdcə maliyyələşdirməsi ayırıb.
Rəqəmlər Aİ dövlət rəhbərlərinin Ukrayna ilə baölı bəyanatında əksini tapıb.
Bu ilki yardımla brilikdə 2022-ci ildən bəri Aİ-nin Ukraynaya ümumi xərcləri 177,5 milyard avroya çatıb: "2025-ci ildə Aİ Ukraynaya 20,5 milyard avro xarici büdcə maliyyələşdirməsi ayırıb ki, bunun 14 milyard avrosu ERA təşəbbüsündən (2024-cü ildə ödənilməli və 2042-ci ilə qədər geri ödənilməli 45 milyard avro kredit xətti – red.) ayrılıb. Bu, G7 tərəfindən dondurulmuş Rusiya aktivlərinin yenidən investisiya qoyuluşundan əldə edilən gəlirlərin girovluğu ilə təmin edilib".
Ümumilikdə, münaqişənin başlanğıcından bəri Aİ və onun üzv dövlətləri "Ukraynanı dəstəkləmək üçün 177,5 milyard avro xərcləyiblər".