Dugin Putinə çağırış etdi: Sərhədləri təcili bağla!
Rusiya Prezidenti Vladimir Putin təcili sərhədləri bağlamalı və milyonluq ordu toplamalıdır.
Bunu Kremlin ideoloqu kimi tanınan, rusiyalı filosof Aleksandr Dugin deyib.
“Bu ilin rus ili olub-olmayacağını, qələbəyə doğru gedib-getməyəcəyimizi qarşıdakı aylar müəyyən edəcək. Və ya Rusiya məhv olacaq. Tez-tez çağırış etdiyim tam səfərbərliyin vaxtı gəldi. Ordu qarşıdakı aylarda bir milyon nəfərə çatdırılmalıdır. Bunu Prezident Putindən xahiş etmişəm. Əminəm ki, xahişim eşidiləcək”, - Dugin bildirib.