Ərdoğan Makronla görüşdü
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammiti üçün səfər etdiyi Cənubi Afrika Respublikasında Fransa Prezidenti Emmanuel Makronla görüşüb.
Görüşdə Türkiyə ilə Fransa arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib.
“Prezident Ərdoğan Türkiyə ilə Fransa arasında əlaqələrin inkişafı üçün qarşılıqlı addımların vacibliyini vurğulayıb.
Ərdoğan Qəzzada atəşkəsin qorunmasının və bölgəyə humanitar yardımın çatdırılmasının vacibliyini vurğulayaraq, davamlı sülhün düsturunun iki dövlətli həlldə olduğunu və Türkiyənin buna nail olmaq üçün səy göstərdiyini bildirib.
Prezident Ərdoğan, Ukrayna ilə Rusiya arasındakı müharibənin ədalətli və davamlı sülhlə sona çatması üçün bütün diplomatik resurslardan istifadə edilməli olduğunu, Türkiyənin döyüşən tərəfləri sülh danışıqları əsasında bir araya gətirmək üçün səylərini davam etdirəcəyini bildirib”, - TRT-nin məlumatında deyilir.