Sosial şəbəkədə biz:
Ermənilərin qorxduğu ölkələr: Görün ilk "üçlük"də hansılardır
Xəbər Şəkli

Ermənilərin qorxduğu ölkələr: Görün ilk "üçlük"də hansılardır

07 March 2026, 08:28
Dünya

Ermənistan Parlamentinin spikeri Alen Simonyan "Facebook" səhifəsində ABŞ-da yerləşən Beynəlxalq Respublikaçılar İnstitutunun (İRİ) 3-13 fevral tarixindən keçirilən sorğusunun nəticələrini paylaşıb.

Sorğuda "Parlament seçkiləri keçirilsəydi, hansı siyasi partiyaya və ya bloka səs verərdiniz" sualından sonra, "Ermənistanın ən vacib siyasi tərəfdaşları hansı ölkələrdir" sualı da qoyulub. Respondentlərin bu suala cavabları belə olub:

Rusiya - 43%

ABŞ - 42%

İran - 34%

AB - 29%

Fransa - 29%

Çin - 21%

Gürcüstan - 18%

Hindistan - 4%.

Sorğuda qoyulan son sual isə daha çox diqqət çəkib. "Ermənistan üçün ən böyük təhlükə yaradan ölkələr hansılardır" sualına cavabda respondentlər Azərbaycanı birinci ediblər. İlk üçlüyün sonrakı sırasında isə Türkiyə və Rusiya yer alıb.

Azərbaycan - 80%

Türkiyə - 69%

Rusiya - 29%

ABŞ - 10%

Gürcüstan - 6%

İsrail - 4%

AB - 3%

İran - 3%.

Son sualdan sonra belə bir nəticəyə gəlmək olar ki, artıq Ermənistanda Azərbaycanın regiondakı gücünü dərk edirlər. Digər tərəfdən isə Azərbaycanın son zamanlar onları həyat üçün vacib olan məhsullarla təmin etməsini, humanizmini unudurlar.