Sosial şəbəkədə biz:
“Ermənistan Avropa İttifaqına qoşulsa, Rusiya qazının verilişi dayandırılacaq”
Xəbər Şəkli

“Ermənistan Avropa İttifaqına qoşulsa, Rusiya qazının verilişi dayandırılacaq”

28 May 2026, 08:48
Dünya

“Rusiya Ermənistana Yerevanın Avropa İttifaqına (Aİ) qoşulması halında yarana biləcək nəticələr barədə məlumat verib”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O bildirib ki, Rusiya səfirliyi Energetika naziri Sergey Tsivilovun məktubunu rəsmi olaraq Ermənistan Respublikasının Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinə göndərib.
“Məktubda bildirilir ki, əgər Aİ-yə üzvlük prosesi davam edərsə, Rusiya tərəfi “Təbii qaz, neft məhsulları və xam təbii almazların təchizatı sahəsində əməkdaşlıq haqqında” 2 dekabr 2013-cü il tarixli Sazişi birtərəfli qaydada dayandıracaq və ya ləğv edəcək”, - deyə o, “RİA Novosti” agentliyinə verdiyi müsahibədə bildirib.