Sosial şəbəkədə biz:
Ermənistan məktəblərində Azərbaycan dili keçiriləcək
Xəbər Şəkli

Ermənistan məktəblərində Azərbaycan dili keçiriləcək

02 November 2025, 09:37
Dünya

2025-2026-cı tədris ilində Ermənistanda üç dövlət məktəbində Azərbaycan dili tədris olunacaq.
Bu barədə Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə istinadən panorama.am məlumat yayıb.
Tədris proqramına əsasən, 10-12-ci sinif şagirdləri üçün Azərbaycan və türk dilləri, 5-ci sinifdən isə fars və gürcü dilləri tədris olunacaq. Proqram könüllü olacaq və ixtisaslı müəllimlərin mövcudluğundan asılı olacaq.
Qeyd edilib ki, təşəbbüs dövlət təhsil proqramı çərçivəsində həyata keçirilir.