Sosial şəbəkədə biz:
Ermənistan pasport möhürlərindən Ağrıdağ təsvirini çıxarıb
Xəbər Şəkli

Ermənistan pasport möhürlərindən Ağrıdağ təsvirini çıxarıb

02 November 2025, 08:50
Dünya

Noyabrın 1-dən etibarən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri pasportlara Ağrıdağ dağ silsiləsinin təsviri olmayan yeni giriş və çıxış möhürləri vurmağa başlayıblar.

Bununla bağlı Ermənistan mətbuatında video və fotolar dərc olunub. Yeni möhürlərdə təyyarə təsviri, ingilis dilində “Zvartnots” yazısı, İrəvan Beynəlxalq Hava Limanının adı, eləcə də “Armenia” sözü həm erməni, həm də ingilis dillərində əks olunub.

Qeyd edək ki, bu qərar Ermənistan Nazirlər Kabinetinin sentyabrın 11-də keçirilən iclasında qəbul edilib. Ağrıdağ dağı Türkiyənin şərqində, Van gölünün şimalında yerləşir.