Sosial şəbəkədə biz:

Fransadan yeni bəyanat - Ukrayna üçün ABŞ-dən silah alınmayacaq

Fransa hökuməti Ukraynaya silah tədarükündə ABŞ istehsalından imtina edərək, Avropa istehsalçılarına üstünlük vermək niyyətindədir. 

Bu barədə Fransa hökumətinin sözçüsü Sofi Primas "Le Monde" nəşrinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Fransa Ukraynaya dəstəyi davam etdirir, lakin bu dəstək çərçivəsində silah alışlarını əsasən Avropa ölkələri vasitəsilə həyata keçirmək istəyir. Qeyd olunur ki, burada məqsəd ABŞ hərbi sənayesindən asılılığı minimuma endirməkdir.

O, eyni zamanda "Politico" nəşrinin Fransanın ABŞ və Avropa arasında təklif edilən birgə silah tədarükü mexanizmindən imtina etməsi barədə məlumatını nə təsdiqləyib, nə də təkzib edib.

Qeyd edək ki, daha əvvəl "Politico" Fransa rəhbərliyinin ABŞ-dən silah almaqla bağlı təşəbbüslərdə iştirak etmədiyini bildirmişdi. 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol