Köçəryan Paşinyanı lağa qoydu: “Küçədə pirojki yeməklə dövlət idarə edilmir”
Ermənistanın ikinci prezidenti Robert Köçəryan ölkə rəhbərliyinin fəaliyyətini sərt tənqid edib.
Köçəryan “Böyük siyasət” podkastında çıxışı zamanı bildirib ki, liderin əsas məqsədi insanlara xoş görünmək deyil, onların həyatını yaxşılaşdırmaq olmalıdır.
Onun sözlərinə görə, ölkədə vəziyyəti real şəkildə dəyişmək yalnız effektiv idarəetmə sayəsində mümkündür: “Yalnız effektiv idarəetmə hesabına ölkədə vəziyyəti 15–20 faiz yaxşılaşdırmaq olar. Mən Ermənistana əvvəlcə baş nazir, daha sonra prezident kimi gələndə idarəetmə sisteminin vəziyyətini gördüm və başa düşdüm ki, sürətli dəyişikliklərin sirri məhz effektivlikdir”.
Köçəryan qeyd edib ki, dövlət rəhbərinin qarşısında iki seçim olur: ya bütün gücünü real nəticə əldə etməyə yönəltmək, ya da vaxtını sadəcə insanlara xoş görünməyə sərf etmək: “Ya sən işə tam şəkildə fokuslanırsan və insanlar hər gün soyuducularında və rifahlarında yaxşılaşmanı hiss edirlər. Ya da vaxtını insanlara xoş görünməyə sərf edirsən. Hansı daha dürüstdür?”
Köçəryan bu fikirlərlə faktiki olaraq hazırkı baş nazir Nikol Paşinyanın davranışını tənqid edib. Koçaryan bildirib ki, küçələrdə gəzmək və insanlarla birlikdə pirojki yemək ölkə idarəçiliyinin yerini verə bilməz.
Musavat.com