Sosial şəbəkədə biz:

Kreslosunu səngərə dəyişdi – britaniyalı deputat Ukrayna ordusunda vuruşur

Kreslosunu səngərə dəyişdi – britaniyalı deputat Ukrayna ordusunda vuruşur
Xəbər Şəkli
02 August 2026, 09:05
Dünya

Böyük Britaniyanın keçmiş deputatı və Mühafizəkarlar Partiyası sədrinin sabiq müavini Cek Lopresti siyasətdən ayrıldıqdan sonra Ukrayna Silahlı Qüvvələrində xidmətə başlayıb.

Cek Lopresti 2025-ci ildə siyasətdən gedərək Ukraynanın Beynəlxalq Legionuna qoşulub. O, bu ilin yanvarından etibarən 12-ci xüsusi təyinatlı “Azov” briqadasının tərkibində xidmət edir.

Lopresti hesab edir ki, Kreml Rusiya imperiyasını yenidən dirçəltməyə çalışır və Moskvanın məqsədləri yalnız Ukraynaya qarşı müharibə ilə məhdudlaşmır.

Keçmiş britaniyalı deputat hazırda əsas vəzifəsini Ukraynanın müqavimət göstərməsinə və ayaqda qalmasına kömək etməkdə gördüyünü bildirib.

“Ukrayna dünyaya və xüsusilə Avropaya lazımdır. Bu gün o, Rusiya qarşısında azadlığın əsas müdafiə xətlərindən biri olaraq qalır”, - Lopresti bildirib.