Sosial şəbəkədə biz:
"Maduro Venesuela prezidenti deyil" – Rubio
Xəbər Şəkli

"Maduro Venesuela prezidenti deyil" – Rubio

03 January 2026, 17:09
Dünya

"Maduro Venesuela prezidenti, onun rejimi qanuni hökumət deyil".

Bunu ABŞ dövlət katibi Marko Rubio "X" hesabında paylaşıb.

O qeyd edib ki, Maduro ölkəyə nəzarəti ələ keçirmiş narko-terror təşkilatı olan "Cartel de los Soles"in ("Günəş karteli") rəhbəridir.

Dövlət katibinin sözlərinə görə, Nikolas Maduro həmçinin ABŞ-a narkotik qaçaqmalçılığında ittiham olunub.

Musavat.com