Makron: "Fransa Ukraynaya əlavə hərbi yardım göndərəcək"
Fransa Prezidenti Emmanuel Makron Ukraynaya əlavə “Mirage” tipli qırıcı təyyarələr və “Aster” zenit raket sistemləri göndərəcəklərini açıqlayıb.
Makron bunu “İstəklilər koalisiyası”nın görüşü zamanı deyib.
Onun sözlərinə görə, Fransa həmçinin Ukrayna Silahlı Qüvvələri üçün yeni təlim proqramları həyata keçirməyi planlaşdırır.