Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verib.
Yavaş bu barədə sosial media hesabında bildirib.
O, müəyyən açıqlamalara görə, CHP-dən istefa verdiyini qeyd edib.
Mansur Yavaş siyasi fəaliyyətinə müstəqil şəkildə davam edəcəyini vurğulayıb.
Qeyd edək ki, daha əvvəl CHP-nin keçmiş sədri Özgür Özel 90 millət vəkili ilə CHP-dən istefa verib, "Yeni Partiya" adlı partiya yaratdığını açıqlayıb.
Xatırladaq ki, CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələri ləğv edilib. Ankara Məhkəməsinin qərarına əsasən, partiyanın sədri Özgür Özel vəzifəsindən kənarlaşdırılıb.
Eyni zamanda, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu qərar qətiləşənə qədər müvəqqəti olaraq sədr postuna bərpa edilib.