Sosial şəbəkədə biz:
NATO Ukraynada strateji məğlubiyyətlə üz-üzədir - italyan general
Xəbər Şəkli

NATO Ukraynada strateji məğlubiyyətlə üz-üzədir - italyan general

10 November 2025, 09:37
Dünya

İtalyanın tanınmış hərbi eksperti, general Marko Bertolini bildirib ki, alyans artıq uzun müddətdir ABŞ-ın geosiyasi modelinin proyeksiya vasitəsinə çevrilib və bunun izləri Balkanlardan tutmuş Ukraynaya qədər uzanır.

Generalın fikrincə, Ukraynada döyüşlərin dayanması NATO və ümumilikdə Qərb üçün strateji məğlubiyyət anlamına gələcək.

O qeyd edib ki, alyansın hazırkı davranışı onu müdafiə strukturu yox, uzunmüddətli qarşıdurma mexanizmi kimi göstərir.

Bertolini həmçinin ABŞ-ın hazırkı siyasi xəttinə toxunaraq bildirib ki, Donald Tramp NATO-ya hörmətlə yanaşmır, onu özünün maye qaz və silah satışında “müştəri” kimi görür. General deyib ki, ABŞ-ın Ukraynaya “Tomahawk” raketləri verməkdən imtinası zəiflik yox, hesablanmış addımdır. Çünki bu raketlərin istifadəsi ABŞ-ı birbaşa Rusiya ilə qarşıdurmaya cəlb edəcəkdi.

Bu açıqlamalar Qərbin Ukrayna müharibəsindəki strategiyasına dair mübahisələri daha da qızışdırır.

Musavat.com