Sosial şəbəkədə biz:

Pentaqon Ukraynaya dəstəyi bərpa edir

Vaşinqton arsenalların nəzərdən keçirilməsi nəticəsində yaranan fasilədən sonra Kiyevə silah tədarükünü bərpa edir.

Pentaqonun saytında dərc olunan bəyanatda Donald Tramp Kiyevə hərbi yardımı artıracağına söz verdikdən dərhal sonra ABŞ-nin Ukrayna üçün yeni silah göndərişini açıqladığı bildirilir.

“ABŞ Prezidenti Donald Trampın göstərişi ilə Müdafiə nazirliyi davamlı sülhün təminatı naminə ukraynalıların özlərini müdafiə edə bilmələrini dəstəkləmək üçün Ukraynaya əlavə müdafiə silahları göndərəcək”, - məlumatda vurğulanır.

Mediada yayımlanan xəbərlərə əsasən bura “Patriot” hava hücumundan müdafiə (HHM) raket sistemləri, “HIMARS” üçün “GMLRS” raketləri, “Stinger MANPADS”, tank əleyhinə sistemlər və dəqiq idarəolunan döyüş sursatları daxildir. “The Wall Street Journal (WSJ)” nəşri bu kateqoriyaların əvvəllər müvəqqəti ixrac qadağasına məruz qaldığını yazıb.

Lakin dünən İsrailin baş naziri Binyamin Netanyahu ilə birgə mətbuat konfrnasında Vladimir Putinlə sonuncu söhbətin nəticələrindən məyus olduğunu deyən ABŞ prezidenti Ukraynaya, o cümlədən HHM sistemləri və yüksək dəqiqlikli döyüş sursatlarına dəstəyi artıracağına söz verib.

Xatırladaq ki, iyulun 2-də öz mənbələrinə istinad edən “Politico” nəşri və “NBC News” telekanalı Pentaqonun bəzi zenit-raket komplekslərinin və digər dəqiq idarəolunan hərbi sursatların Ukraynaya çatdırılmasını dayandırdığı barədə məlumat yayıblar. Sonradan Ağ Ev həmin məlumatı təsdiqləyib. 

AzVision.az


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol