Sosial şəbəkədə biz:

Pezeşkian: "İran televiziyasına baxmıram, görəndə əsəbiləşirəm"

Pezeşkian: "İran televiziyasına baxmıram, görəndə əsəbiləşirəm"
Xəbər Şəkli
31 August 2026, 08:27
Dünya

İran Prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinin iclasında İran Dövlət Televiziya və Radio Şirkətinin rəhbərini tənqid edib.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

"Mən ümumiyyətlə dövlət televiziyasına baxmıram. Baxanda əsəblərim pozulur. Əgər hətta bu dövlət uğrunda canımı verməyə hazır olan mən belə bu cür yanaşmanı görəndə narahat oluramsa, təsəvvür edin, xalq nə düşünür!", - deyə Pezeşkian bildirib.