Sosial şəbəkədə biz:
Pezeşkiyan İrəvana gedir
Xəbər Şəkli

Pezeşkiyan İrəvana gedir

07 August 2025, 10:57
Dünya

İran Prezidenti Məsud Pezeşkiyanın yaxın günlərdə Ermənistana səfəri baş tuta bilər.

Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi yerli mətbuata açıqlamasında məlumat verib. O bildirib ki, Məsud Pezeşkiyan həmçinin sentyabrda Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak məqsədilə Çinə yollanacaq.

Xatırladaq ki, 2024-cü ilin iyulunda Ermənistanın Baş naziri Nikol Paşinyan İrana səfərə getmiş və Məsud Pezeşkiyanla görüşmüşdü. Tərəflər siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın artırılmasında razılığa gəlmişdilər. Keçən ay isə Nikol Paşinyan İran Prezidentini İrəvana səfərə çağırıb.