Sosial şəbəkədə biz:
Putin: “İnsan ömrünü 150 ilə qədər uzatmaq mümkündür”
Xəbər Şəkli

Putin: “İnsan ömrünü 150 ilə qədər uzatmaq mümkündür”

20 November 2025, 10:24
Dünya

Rusiya Prezidenti Vladimir Putin ölkəsində orta ömür müddətinin artırılmasının əsas prioritetlərdən biri olduğunu bildirib. O, “Sber”in AI Journey-2025 konfransında çıxışı zamanı gələcəkdə insanların daha uzun yaşaya biləcəyini vurğulayıb.

Putin elm və tibbin sürətli inkişafının bu sahədə ciddi nəticələrə yol aça biləcəyini deyib:

“Yəqin ki, ömür müddətini 150 ilə qədər artırmaq olar. Amma yenə də az olacaq. Pul kimi – hər zaman az görünür”, – Rusiya lideri zarafatla bildirib.

Prezident əlavə edib ki, bu istiqamətdə aparılan araşdırmalar və innovasiyalar təkcə insan ömrünün uzadılması ilə deyil, həm də həyat keyfiyyətinin yaxşılaşdırılması ilə nəticələnə bilər.