Sosial şəbəkədə biz:
Putin Pezeşkianla danışdı, bölgədəki vəziyyət müzakirə olundu
Xəbər Şəkli

Putin Pezeşkianla danışdı, bölgədəki vəziyyət müzakirə olundu

07 March 2026, 08:56
Dünya

Rusiya prezidenti Vladimir Putinlə İran prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

Pezeşkian İran xalqı ilə həmrəyliyinə görə Putinə təşəkkürünü bildirib.

“Məsud Pezeşkian Rusiyanın öz ölkəsinin suverenliyi və müstəqilliyini müdafiə edən İran xalqı ilə həmrəyliyinə görə təşəkkürünü ifadə edib və münaqişənin hazırkı kəskin mərhələsində vəziyyət barədə ətraflı məlumat verib”, – Kremlin Mətbuat Xidmətinin məlumatında deyilir.

Putin öz növbəsində Moskvanın Yaxın Şərqdə hərbi əməliyyatların dərhal dayandırılması və mümkün qədər tez siyasi və diplomatik həll yoluna qayıtmağın vacibliyi ilə bağlı prinsipial mövqeyini bir daha təsdiqləyib.