Sosial şəbəkədə biz:
"Qəzza zolağında Türkiyə əsgərləri olmayacaq" - Netanyahu
Xəbər Şəkli

"Qəzza zolağında Türkiyə əsgərləri olmayacaq" - Netanyahu

20 January 2026, 10:38
Dünya

İsrailin Baş naziri Binyamin Netanyahu Qəzzada Türkiyə və Qətər əsgərlərinin olmayacağını bəyan edib.

Bu barədə The Jerusalem Post məlumat yayıb.

Netanyahu İsrailin bu məsələ ilə bağlı ABŞ-la mübahisə etdiyini də söyləyib.

Netanyahu bu fikirləri ABŞ prezidenti Donald Trampın Türkiyə və Qətərin nümayəndələrini əhatə edən Qəzza Sülh Şurasının yaradılması ilə bağlı bu yaxınlarda verdiyi açıqlamadan sonra səsləndirib.

O bildirib ki, "Qəzza zolağında Türkiyə və Qətər əsgərləri olmayacaq".