Sosial şəbəkədə biz:
Rusiya Ermənistana hərbi texnika göndərir
Xəbər Şəkli

Rusiya Ermənistana hərbi texnika göndərir

26 July 2025, 12:22
Dünya

Ermənistandakı mövqeyini qoruyub-saxlamağa çalışan Rusiya Gümrüdəki 102-ci hərbi bazasının əhəmiyyətli dərəcədə gücləndirilməyə başlayıb.

Ermənistanın “Hraparak” qəzetinin yazdığına görə, son həftələrdə Gümrüdəki bazaya böyük miqdarda hərbi texnika və sursat gətirilir. Hər gün hərbi yük daşıyan bir neçə yük təyyarəsi yerə enir.

“Çatdırılmaların məqsədi məlum deyil, lakin müxtəlif fərziyyələr irəli sürülür. Ehtimallardan birinə görə, Ermənistandan mümkün geri çəkilmə məsələsində zahiri sakit mövqeyinə baxmayaraq, Moskva bununla belə regionda potensial dəyişikliklərə hazırlaşır”, - qəzet bildirir.

Nəşr həmçinin vurğulayır ki, Ermənistan hakimiyyəti baş verənlərdən xəbərdardır, lakin vəziyyəti açıq şəkildə şərh etmir.
AzVision.az